Çin, Rusiya və İran sanksiyaları ləğv etməyə çağırır

10:20 - 14 Mart 2025

Çin, Rusiya və İran sanksiyaları ləğv etməyə çağırır

Pekin, Moskva və Tehran bütün qeyri-qanuni birtərəfli sanksiyaların ləğvinin tərəfdarıdır.

 

Manset.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər nazirinin müavini Ma Çjaoxu Pekində İranın nüvə problemi ilə bağlı Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi ilə görüşdə bildirib.

"Biz bütün qeyri-qanuni sanksiyalara son qoymağın vacibliyini vurğulayırıq".

Bəyanatda deyilir ki, Rusiya, Çin və İran qarşılıqlı hörmətə əsaslanan diplomatiya və dialoqu İranın nüvə probleminin həllinin yeganə yolu kimi tanıyır. Çinin Xarici İşlər nazirinin müavini bildirib ki, Çin və Rusiya İranın nüvə işlərinin dinc xarakter daşıdığını və nüvə silahı yaratmaq istəmədiyini təsdiq etməsini alqışlayırlar. Rusiya, Çin və İran İranın nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının vacibliyini bəyan ediblər.

Ölkələr İranın nüvə problemi ətrafında vəziyyətin gərginləşməsinə səbəb ola biləcək sanksiyalara və ya digər hərəkətlərə son qoymağa çağırıblar.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin