Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
23:15 - 26 Noyabr 2021
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələrini müzakirə edib.
Manset.az TASS-a istinadən xəbər verir ki, müşavirədə Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər barədə danışıb.
“Planlaşdırıldığı kimi, biz ən yaxın tərəfdaşlarımız və ən yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərin bütün spektri haqqında daha ətraflı danışdıq”, - Putin bildirib.
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında təxminən 3 saata yaxın danışıqlar aparılıb və bunun ardınca birgə bəyanat qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin