Bakı Forumunun açılış mərasimindən GÖRÜNTÜLƏR
14 Mart 2025
21:12 - 13 Mart 2025
BMT Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.
Sözçü əlavə edib ki, iki ölkə arasında davamlı sülhün olacağına ümidlidir: “Əlbəttə ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki bu münaqişədə görünməyən faciə var. Atəşkəs Baş katibin qeyd etdiyi parametrlər çərçivəsində ədalətli və davamlı sülhün yolunu açacaq”, - sözçü deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib. Bununla yanaşı, Putin bildirib ki, atəşkəs münaqişənin əsas səbəblərini həll etməli, bir çox detallar aydınlaşdırılmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin