Təcili yardım avtomobili qəzaya uğradı - Yaralananlar var

20:05 - 13 Mart 2025

Təcili yardım avtomobili qəzaya uğradı - Yaralananlar var

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili "Mercedes" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin