XİN bəyanat yaydı
13 Mart 2025
15:29 - 13 Mart 2025
İsrailin son 24 saat ərzində atəşkəsə baxmayaraq Qəzza zolağına hücumu nəticəsində 2 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib.
Əvvəlki hücumlarda dağıdılan binaların dağıntıları altından 7 mülki şəxsin meyitinin çıxarıldığı bildirilib. Ümumi can itkisinin 48 min 524-ə, yaralı sayının isə 111 min 955-ə yüksəldiyi qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin