Finlandiya və Ukrayna memorandum imzaladı

14:01 - 13 Mart 2025

Finlandiya və Ukrayna memorandum imzaladı

Finlandiya və Ukraynanın müdafiə nazirləri ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair memorandum imzalayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İkitərəfli sazişin məqsədi müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsidir”, - deyə məlumatda bildirilir.

"Daha sıx əməkdaşlıq sahələrinə müdafiə materialları məsələləri, məlumat mübadiləsi, tədqiqat və innovasiya fəaliyyəti, Finlandiya və Ukraynada sursat istehsalı və müdafiə ilə bağlı layihələr daxildir".


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin