İran Trampın məktubunu aldı

10:27 - 13 Mart 2025

İran Trampın məktubunu aldı

BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçiyə təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Tehranda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparıblar".

Sənəddə qeyd edildiyi kimi, Əraqçi Yaxın Şərq ölkələrinin maraqlarını təmin etmək məqsədilə region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıyıb. Qarqaş BƏƏ-nin İranla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.

Tramp Tehranın Vaşinqtonla İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə İranı hərbi güclə hədələyib. Amerika lideri maksimum təzyiq siyasətinə qayıtmaq üçün sərəncam imzalayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edib. Xamneyi Tehranın təzyiq altında danışıqlar aparmayacağını vurğulayıb.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin