Dumanlı hava nə vaxtadək davam edəcək?

09:56 - 13 Mart 2025

Dumanlı hava nə vaxtadək davam edəcək?

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. 

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin