Hikmət Hacıyev Ermənistanı konstitusiyasını dəyişməyə çağırdı
13 Mart 2025
09:28 - 13 Mart 2025
Argentinada hökumət əleyhinə etirazlarda 20 nəfər yaralanıb, 103 nəfər saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər yaşayış şəraitinin, xüsusən də pensiyaların yaxşılaşdırılmasını tələb edirlər.
Paytaxt Buenos-Ayresin Konqres meydanına toplaşan yüzlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.
Əllərində pankartlar və lövhələr daşıyan nümayişçilər yaşayış şəraitinin, xüsusilə də pensiyaların yaxşılaşdırılmasını tələb ediblər.
Sosial mediada paylaşılan görüntülərdə bir çox avtomobilin aşdığı, ictimai əmlakın dağıdıldığı görülüb.
Qeyd edək ki, Argentinada pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-dir və təqribən 7,4 milyon pensiyaçı ümumi əhalinin 15,7 faizini təşkil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin