Putin bu gün Ukrayna ilə bağlı çıxış edəcək

08:44 - 13 Mart 2025

Putin bu gün Ukrayna ilə bağlı çıxış edəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin bu gün, martın 13-də keçiriləcək mətbuat konfransında Ukrayna ilə bağlı danışacağını istisna etməyib.

 

Manset.az xəbər verir ki, bu gün Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar aparılacaq.

“Hər şey jurnalistlərin suallarından asılı olacaq”, - Kremlin sözçüsü jurnalistlərin Rusiya prezidentinin ABŞ-nin son təşəbbüslərini nəzərə alaraq tədbir zamanı Ukrayna məsələsini qaldırıb-qaldırmayacağı ilə bağlı sualına cavab verib.

Rusiya və Belarus prezidentləri bu gün münasibətlərin inkişafı və strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər. Əməkdaşlıq perspektivləri də danışıqların mövzusu olacaq.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin