İlham Əliyev XII Qlobal Bakı Forumunda iştirak edir
13 Mart 2025
01:00 - 13 Mart 2025
Avropa Birliyi güc və nüfuz itkisinin qarşısını almaq, hətta bunu geri qaytarmaq istəyirsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər.
Manset.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. Türkiyədə Polşanın Baş naziri Donald Tusk ilə görüşdən sonra açıqlama verən Ərdoğan bildirib ki, Avropa Birliyinə tam üzvlük Türkiyənin strateji hədəfidir. Prezidentin sözlərinə görə, Türkiyə Avropa İttifaqı ilə əməkdaşlığı qarşılıqlı fayda və hörmət əsasında daha da inkişaf etdirmək istəyir.
Ərdoğan Tuskla görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, Avropanın təhlükəsizliyinin gələcəyi, Ukrayna, Suriya və Fələstin də daxil olmaqla regional məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını ifadə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin