Bir bölümü bir milyon manata başa gəlir

23:00 - 12 Mart 2025

Bir bölümü bir milyon manata başa gəlir

Məlum olduğu kimi bu mövsüm Türkiyədə istehsal xərclərinin artması səbəbindən bir çox serialın çəkilişi təxirə salınıb.

 

Manset.az xəbər verir ki, bu çərçivədə “Ben Leman” serialı da ləğv olunanlar siyahısında yer alıb.

Bəs məşhur serialların bir bölümü çəkiliş komandasına neçəyə başa gəlir?

Dünyada ən çox serial satan ikinci ölkə kimi bilinən Türkiyədə ən aşağı büdcəli serialın 1 bölümünün dəyəri 14 milyon TL-yə (təxminən 650 min AZN) çatır.

Lakin serialların reytinqləri və çəkiliş mühiti də bu məbləğə təsir edir. Belə ki, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin oynadığı “Eşref Rüya” serialının bir bölümlük xərci 23 milyon TL (təxminən 1 milyon AZN) civarındadır.

Qeyd edək ki, sözügedən serialın ilk bölümü martın 19-u “Kanal D”də efirə gedəcək.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin