Bu ərazilərdə qaz olmayacaq
12 Mart 2025
15:37 - 12 Mart 2025
Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.
Manset.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Parisdəki Olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin