Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
21:06 - 26 Noyabr 2021
İsraildə Malavidən qayıdan vətəndaşda koronavirusun yeni - B.1.1.529 ştammına ilk yoluxma halı aşkarlanıb.
Manşet.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:
“Cənubi Afrikanın bir sıra ölkələrində aşkar edilən (koronavirus) ştammı İsraildə müəyyən edilib. Bu, Malavidən qayıdan vətəndaşdır. Bundan əlavə, xaricdən qayıdanlardan daha iki şəxsdə yoluxma hadisəsi ilə bağlı şübhələr var. Onlar təcrid olununlar və test nəticələrini gözləyirlər”.
Mətbuat xidməti həmçinin əlavə edib ki, yoluxmuş şəxslərin bütün mümkün təmaslarını müəyyən etmək üçün epidemioloji araşdırmalara başlanılıb.
Səhiyyə Nazirliyi qeyd edib ki, “hər üç halda söhbət peyvənd olunmuş xəstələrdən gedir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin