ABŞ Kiyevə hərbi yardımın çatdırılmasını bərpa etdi

12:29 - 12 Mart 2025

ABŞ Kiyevə hərbi yardımın çatdırılmasını bərpa etdi

Polşa-Ukrayna sərhədi yaxınlığındakı Rzeşov-Yasionki hava limanındakı logistika qovşağı vasitəsilə Amerika hərbi yardımının Ukraynaya çatdırılması bərpa edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski məlumat verib.

“Polşanın Yasenkidəki logistik qovşağından Ukraynaya Amerika silahlarının tədarükü bərpa edilib”.

Öz növbəsində Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sıbiqa ilə Varşavada keçirdiyi görüşdən sonra Amerikanın Kiyevə silah tədarükünün tam şəkildə bərpa olunduğunu təsdiqləyib.

Qeyd edək ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə danışıqlar aparıb. Nəticədə, Ukrayna tərəfi 30 günlük atəşkəs təklifini dəstəkləyib, amerikalılar isə öz növbəsində hərbi yardımın bərpa olunduğunu və kəşfiyyat məlumatlarının mübadiləsini elan ediblər.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin