İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
12:11 - 12 Mart 2025
Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, əvvəlki illərdə də erkən evliliklə bağlı qanunvericilikdə dəyişikliklər olsa da, bu kifayət etmirdi:
“Misal olaraq, hələ də bəzi narahatedici statistikalar var ki, doğulan uşaqların 15 faizi nikahdankənardır. Bundan başqa, anomaliya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiyalı uşaqların sayında isə 86 faiz artım var. Həmçinin üç və daha artıq uşağı olan ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələrin sayını artırmaq üçün bu meyarı qanunvericilikdə nəzərdən keçirməliyik”.
Şöbə müdiri vurğulayıb ki, doğulan uşaqların cins nisbətində ciddi problem var və reprudiktiv sağlamlıq haqqında qanun bu məsələdə vacibdir:
“Alimentin ödənilməsi problemi, aliment fondunun yaradılması da gündəmdədir. Qanunvericilik sərtləşdirilsə də, borcluların 70 faizindən çox işsiz, gəliri olmayanlardır. Ona görə Aliment fondunun yaradılması vacibdir".
Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır:
"Onlar xasiyyətin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə göstərir ki, daha dərin problemlər var. Ona görə də ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və bu yaxında təqdim olunacaq”.
O həmçinin bildirib ki, qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti ailə-məişət zəmnindədir:
“Eyni zamanda adam oğurluqlarının çoxu qız qaçırmalardır və bu da ciddi problemdir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin