Yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edildi
12 Mart 2025
11:27 - 12 Mart 2025
Azərbaycanın məşhur iş adamı - "ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib.
Manset.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.
Bildirilib ki, son bir ildə iş adamının səhhətində ciddi problemlər olub. O, başında yaranan bədxassəli şiş xəstəliyindən (xərçəng) əziyyət çəkirmiş.
A.Yusifov Türkiyədə müalicə olunsa da bunun bir nəticəsi olmayıb. Son zamanlar isə yerimə qabiliyyətini itiribmiş.
Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Yusifov 1960-cı ildə Bakıda anadan olub. Uzun illərdir bizneslə məşğul olub. Onun sahibi olduğu "ASPİ GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən şüşə qablar istehsal edir. Şirkətin nizamnamə kapitalı 1 milyon 267 min manatdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin