Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.
Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
"Cənnət yuxusu" filminin premyerası keçirildi - FOTOLAR
10:42 - 12 Mart 2025












Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Tarkan səhnədə duyğularına hakim ola bilmədi...

IV Beynəlxalq Baxşı Festivalının açılışından - FOTOLAR

84 yaşlı Xalq artisti vəfat etdi - FOTO

Ölkəmiz IV Beynəlxalq Baxşı Sənəti Festivalı və II Türk Dünyası Mədəniyyət Forumunda - FOTOLAR

"Hüseyn Dəryanın eqosu onu buna vadar etdi"

Aysel Şükürün keçmiş əri övladlarından imtina etdi - FOTOLAR

Mədəniyyət məktəblərinə ilk birgə elektron qəbul başlayır

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatdı - FOTO

Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Bişkekdə Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi - FOTOLAR

İstanbulda “Azərbaycan Kino Günləri” keçiriləcək

Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsertdən FOTOLAR
Xəbər xətti
- 27 Aprel 2025
- 22:14 Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq - Pezeşkian
- 21:56 "Qarabağ" çempionluğunu RƏSMİLƏŞDİRDİ
- 21:53 Kütləvi davada 3 nəfər BIÇAQLANDI
- 21:12 İran və Azərbaycan bir birinə çox kömək edə bilər - Məsud Pezeşkian
- 20:41 Zelenski cəbhədə “ən qaynar” nöqtələri AÇIQLADI
- 20:15 Müdafiə Nazirliyi həftəlik icmalını TƏQDİM ETDİ
- 19:36 Xəzər dənizində zəlzələ oldu
- 19:33 Lökbatan yolunda QƏZA - Ölən var
- 19:14 İstanbulda zəlzələ ilə bağlı PROQNOZ
- 18:43 23 yaşlı oğlan BIÇAQLANDI
- 18:38 Yasamal rayonunda obyekt YANDI
- 18:03 Böyük Şor bulvarında xəsarət alanlar yerində tapılmayıb - TƏBİB
- 17:59 Çinlə ABŞ arasında mübarizə başlayıb - Panama kanalı
- 17:39 Ərdoğan müəlliminin dəfnində - FOTOLAR
- 17:32 Məsud Pezeşkian AzTV-yə müsahibə verdi
- 17:29 Külək Böyük Şor bulvarında attraksionu aşırdı - VİDEO
- 17:08 Tarkan səhnədə duyğularına hakim ola bilmədi...
- 17:04 İlham Əliyev Pezeşkiana başsağlığı verdi
- 16:59 İran limanındakı yanğın davam edir - Putin 3 təyyarə göndərir
- 16:46 Ağstafada canavar hücumu - 40 heyvan tələf oldu
- 16:16 Samuxda QƏZA - Xəsarət alanlar var
- 15:57 1 nəfər imtahandan xaric edildi
- 15:31 Tailand vizasız qalma müddətini yarıya endirəcək
- 15:11 Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
- 14:53 Apteklərdə aktivləşdirilmiş kömür limitlə satılır? - VİDEO
- 14:29 Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 14:17 7 sərhəd pozucudan biri zərərsizləşdirildi - Üçü saxlanıldı
- 14:11 Maşın səkiyə çırpıldı - Ölən var
- 13:59 Titanikdə yazılan məktub bu qiymətə satıldı
- 13:42 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 13:32 Azərbaycan XİN Cənubi Afrikanı təbrik etdi
- 13:12 Nüvə enerjisi sahəsində yeni dünya lideri ÇİN
- 12:54 Hindistan-Pakistan sərhədində yenidən ATIŞMA
- 12:31 Bu ərazilərə qar yağacaq - Sabahın havası
- 12:26 Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ
- 12:22 Babək və Şahbuzda hərbi sursat TAPILDI
- 12:10 Bu küçələrin kəsişməsində hərəkət məhdudlaşdırıldı
- 11:59 İranda 3 günlük MATƏM
- 11:51 “Liverpul” bu gün 20-ci çempionluğunu qazana bilər
- 11:44 İranda partlayışda ölənlərin sayı artdı
- 11:38 Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü
- 11:24 "Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu
- 11:16 Küləkli hava şəraiti davam edir - Şimşək çaxır
- 11:12 IV Beynəlxalq Baxşı Festivalının açılışından - FOTOLAR
- 11:03 Prezidentdən CAR-ın dövlət başçısına TƏBRİK
- 10:53 İlham Əliyev Syerra-Leone Prezidentini təbrik etdi
- 10:42 Pakistanlı nazirdən Hindistana XƏBƏRDARLIQ
- 10:24 Əhalinin NƏZƏRİNƏ - Bəzi məhsullar UCUZLAŞDI
- 10:05 Sumqayıtda mənzildə meyit tapıldı
- 09:48 Azərbaycan XİN-dən İrana başsağlığı
- 09:44 "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər - Premyer Liqa

