"Dərnəgül"də taxta bazarında YANĞIN

08:56 - 12 Mart 2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Dərnəgül taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Manset.az verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140 kvadratmetr sahədə taxta altlıqlar, iki ədəd dəzgah, 6 kvadratmetr sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6 kvadratmetr sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.

 


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin