2 avtomobil toqquşdu - Ölən və yaralananlar var

23:09 - 11 Mart 2025

2 avtomobil toqquşdu - Ölən və yaralananlar var

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin