İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
22:20 - 11 Mart 2025
Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanı könüllüdür.
"Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər", - o bildirib.
Xatırladaq ki, növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin