Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın

19:26 - 11 Mart 2025

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Bu barədə Manset.az-a FHN-dən bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin