Banu Günelin ölüm xəbəri yayıldı - AÇIQLAMA
12 Mart 2025
19:10 - 11 Mart 2025
Bakı metrosunda qatarların hərəkətində gecikmələr çoxalıb. Sərnişinlər arasında narazılığa səbəb olan bu vəziyyət stansiyalarda sıxlığın artmasına və bəzi hallarda insanların səhhətində problemlərin yaranmasına gətirib çıxarır. Gecikmələrin çox davam etməsi həm stansiyalarda, həm də tunellərdə qatarların hərəkətinin yavaşlaması ilə müşayiət olunur.
Manset.az Metbuat.az-a istinadən xəbər veir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, bu, əslində, gecikmə deyil. Sıxlığın tənzimləməsi məqsədilə qatar qrafikə salınmaqla Neftçilərdən geri qaytarılır:
“Qatarların dövrü monitorinqi də aparılır. Bu, demək olar, hər gün Neftçilər və Memar Əcəmi stansiyalarında tətbiq olunur. Amma sərnişin sıxlığı ilə bağlı monitorinq hər gün aparılır və zəruri olarsa, bu kimi tədbirlər görülür. Tuneldə hərəkətin yavaşlaması isə gur saatlarda sıxlıq səbəbilə baş verir. Qatar stansiyanı tərk etmədən digər qatar stansiyaya daxil ola bilmir. Bu yubanmalar zəncirvari dalğa kimi sıxlıq şəraitində xətlərdə ümumi gecikmələrə səbəb olur. Bir neçə stansiyada qatar yubanması kifayət edir ki, tənzimləmələrin xüsusi forması təmin edilsin”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin