Azərbaycanda işləyəcəyi iddia olunurdu - Bu kluba baş məşqçi təyin edildi

17:41 - 11 Mart 2025

Azərbaycanda işləyəcəyi iddia olunurdu - Bu kluba baş məşqçi təyin edildi

"Trabzonspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, komanda Fatih Tekkeyə tapşırılıb. Mütəxəssis bu vəzifədə Şenol Güneşi əvəzləyib.

"Trabzonspor" yeni çalışdırıcısını bu gün ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, Fatih Tekke, eləcə də Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş bu ilin yanvarında Azərbaycana səfər etmişdilər.

Onlar Bakıda olduqları müddətdə AFFA nümayəndələri ilə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olmuşdular.

Daha sonra Türkiyə mediası həmin şəxslərin Azərbaycanda işlə təmin ediəcəyini iddia etmişdi.

Xatırladaq ki, Fatih Tekke daha əvvəl "Jayseri Erciyesspor", "Boluspor", "Manisaspor", "Denizlispor", "İstanbulspor", "Bursaspor" və "Alanyaspor"a da baş məşqçilik edib. Həmçinin o, futbolçu karyerası ərzində 1994-1997, 1998-2000 və 2002-2006-cı illərdə "Trabzonspor"un formasını geyinib.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin