Bakıda 110 yaşlı şəxs əməliyyat olundu
12 Mart 2025
17:10 - 11 Mart 2025
Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və Məmmədli bələdiyyəsinin sədrinin, Abşeron rayon İcra Hakimiyyəti Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Məmmədli kənd tam orta məktəbin direktorunun, Poly Cleaner şirkətinin təmsilçilərinin iştirakı ilə 18 mart “Dünya təkrar emal gününə”həsr olunmuş “Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, Məmmədli kənd tam orta məktəbin direktoru Könül Hüseynova qonaqları və iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra 4 saylı RETSİ-nin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri Elmar Musayev çıxış edərək tullantıların idarə olunması sahəsində ekoloji maaarifləndirmə tədbirlərinin keçirilməsinin rolu və ətraf mühitin plastik tullantılardan təmizlənərək təkrar emala yönləndirilməsi istiqamıtində görülən işlər barədə məlumat vermişdir.
Həmçinin Poly Clear şirkətinin təmsilçisi təkrar emalın iqtisadiyyata təşviqi , təkrar emalın cəmiyyətə nəcə fayda vərə biləcəyi və öz ideyaları barədə geniş məlumat vermişdir.
Ümumilikdə 65 nəfərin iştirak etdiyi tədbirdə qarşılıqlı fikir mübadiləsi aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin