Rusiya Suriya ilə bağlı digər ölkələrlə təmaslara hazırdır

15:50 - 11 Mart 2025

Rusiya Suriya ilə bağlı digər ölkələrlə təmaslara hazırdır

"Rusiya Suriyadakı vəziyyətlə bağlı digər ölkələrlə əlaqə saxlayır".

 

Manset.az xəbər verir ki, bunu Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz Suriya məsələsində digər ölkələrlə əlaqə saxlayırıq. Rusiya bütövlükdə bu regionun sabit olmasını istəyir".

Suriyanın qərbində Ələvi milisləri ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalardan sonra Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini istəyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, iclasın bütün iştirakçıları eyni elementləri vurğuladılar: kütləvi qətllərin və zorakılığın yolverilməzliyini. Dünya təşkilatının nümayəndə heyəti dinc əhalinin ölüm şəraitini araşdırmaq üçün bir gün əvvəl Latakiya və Tartus əyalətlərinə gəlib. Son məlumatlara görə, əksəriyyəti mülki şəxslər olmaqla 1000-dən çox insan həlak olub.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin