Banu Günelin ölüm xəbəri yayıldı - AÇIQLAMA
12 Mart 2025
14:44 - 11 Mart 2025
Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az xəbər portalının 7 yaşı tamam olur.
Manset.az xəbər verir ki, Azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub.
Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin - “Demokrat Media” şirkətinin tərkibində fəaliyyət göstərir.
Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran portalın artıq öz auditoriyası formalaşıb.
Demokrat.az Media Reyestrindən keçən ilk internet resurslarındandır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindəndir.
Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.
Manset.az kollektivi həmkarlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır!
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin