Banu Günelin ölüm xəbəri yayıldı - AÇIQLAMA
12 Mart 2025
13:07 - 11 Mart 2025
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi Aqrar Sığorta Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında da tətbiq edilir.
Manset.az xəbər verir ki, ilk dəfə olaraq Aqrar Sığorta Fondu tərəfindən Naxçıvan MR-da müstəqil aqrar sığorta eksperti olmaq istəyən mütəxəssislər üçün təlimlərə start verilib.
Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta mexanizminin işində mühüm yer tutur. Ekspertlər sığortalanmaq üçün müraciət etmiş təsərrüfatlara baxış keçirir, onların sığortaya yararlı olub olmaması haqqında rəy verir. Eləcə də aqrar sığorta ekspertləri hadisə baş verən əkin sahələrinə və təsərrüfatlara baxış keçirərək hadisəni araşdırır, onların səbəbini müyyən edir və zəymiş zərəri hesbalayır.
Təsərrüfatların sığortalanması və hadisə baş verdikdə dəymiş zərərin ödənişi aqrar sığorta ekspertinin rəyi əsasında həyata keçirilir. Aqrar sığorta eksperti xidməti ödənişlidir və Aqrar Sığorta Fondu tərəfindən bu şəxslərə xidmət haqqı, yol pulu və otel xərcləri ödənilir. Nəticədə aqrar sığorta ekspertləri kifayət qədər yüksək gəlir əldə edirlər.
Naxçıvan Muxtar Respeblikasında aqrar sığorta mexanizminin fəaliyyətinin təmin edilməsi üçün yerli aqrar sığorta ekspertlərinin hazırlanmasına başlanılıb.
Ekspert təlimləri Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən həyata keçirilir. Burada ekspert olmaq istəyən namizədlərə zərərin hesbalanması, təsərrüfatların sığortaya yararlı olub-olmamasının müəyyən edilməsi, sığorta hadisələrinin araşdırılması, bu zaman diqqət yetirilməli olan məqamlar, ekspert rəyinin hazırlanması və sair mövzularda biliklər verilir.
Xatırladaq ki, təlimdən keçən namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahana buraxılacaq. İmtahandan keçmiş namizədlər aqrar sığorta eksperti sertifikatı verilir və onlar Azərbaycan Mərkəzi Bankındakı müvafiq reyestrə daxil edilirlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin