Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi

12:10 - 11 Mart 2025

Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - qərargah rəisi vəzifəsinə yeni təyinat olub. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə  Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətini rəisinin birinci müavini - qərargah rəisi FHN-nin ən gənc generallarından olan general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib. 

 


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin