Bakıda 110 yaşlı şəxs əməliyyat olundu
12 Mart 2025
12:07 - 11 Mart 2025
ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına istinadən məlumat verib.
"Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik".
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Mask, agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin