Tacikistan prezidenti Qırğızıstana səfər edəcək

08:32 - 11 Mart 2025

Tacikistan prezidenti Qırğızıstana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon Qırğızıstana dövlət səfəri edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, səfər martın 12-13-də baş tutacaq.

Bildirilib ki, Rəhmon və Qırğızıstan prezidenti Sadır Japarov Tacikistan-Qırğızıstan münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. İki liderin görüşündən sonra sənədlər paketinin imzalanacağı gözlənilir.


Xəbər xətti

11 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin