Xaçmazda yük avtomobilləri toqquşdu - Yaralanan var

23:41 - 10 Mart 2025

Xaçmazda yük avtomobilləri toqquşdu - Yaralanan var

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.



Xəbər xətti

11 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin