Putin Sahibə Qafarovanı TƏLTİF ETDİ
11 Mart 2025
00:25 - 11 Mart 2025
Suriya hökuməti ilə ölkənin şimal-şərqinə nəzarət edən YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb.
Manset.az xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.
Sənəd səkkiz maddədən ibarətdir.
Bildirilir ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların dövlət qurumlarında təmsil olunmaq və səlahiyyətləri əsasında siyasi proseslərdə iştirak etmək hüquqlarının təmin edilməlidir.
Həmçinin qeyd olunub ki, kürd icması Suriya dövlətində vacib bir cəmiyyətdir və Suriya dövləti kürd icmasının vətəndaşlıq hüquqlarını və bütün konstitusiya hüquqlarını təmin edir. Razılığa görə, bütün Suriya ərazisində atəşkəs təmin olunmalıdır. Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların sərhəd qapıları, hava limanları, neft və qaz yataqları daxil olmaqla, Suriya dövlətinin idarəçiliyinə inteqrasiya olunmalıdır.
Eyni zamanda, qaçqın suriyalıların kənd və qəsəbələrinə qayıtmaları təmin edilməsi, Suriya dövləti onların təhlüksizliyini təmin etməlidir. Keçmiş prezident Bəşər Əsəd rejiminin qalıqları və ölkənin birliyini təhdid edən bütün təhlükələrlə mübarizədə Suriya dövlətinə dəstək verilməlidir.
Sənədi imzalayan tərəflər – YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa cəmiyyətin bütün təbəqələri arasında parçalanma, nifrət nitqini rədd ediblər. İcra komitələri bu müqavilənin həyata keçirilməsi üçün cari ilin sonunadək çalışacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin