Putin Sahibə Qafarovanı TƏLTİF ETDİ
11 Mart 2025
23:23 - 10 Mart 2025
Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
“Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.
Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Argentinanın Baiya-Blanka şəhərində baş vermiş təbii fəlakət nəticəsində ondan çox insan həlak olub, yüzlərlə insan təxliyə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin