Putin Sahibə Qafarovanı TƏLTİF ETDİ
11 Mart 2025
16:00 - 10 Mart 2025
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib.
Manset.az xəbər verir ki, nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunan müzakirədə kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər iştirak ediblər.
Əvvəlcə son illər dövlət dəstəyi ilə lentlə alınan filmlərdən kadrların yer aldığı qısa videoçarx nümayiş olunub.
Sonra "Kino Sənayesinin İnkişafı Fondu" İctimai Birliyinin sədr müavini Azər Aydəmir "KinopArk" layihəsi, ARKA-nın əməkdaşları Səbinə Bağırova "Azərbaycan ərazisində xarici filmlərin istehsalı" (Film Komissiyası) və Turan Məmmədli "Milli dublyaj sənayesinin inkişafı" layihələri ilə bağlı təqdimat ediblər.
Daha sonra Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovun moderatorluğu ilə "Cinema Talks" adlı panel müzakirəsi başlanıb.
Müzakirələrdə Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova, "Azərbaycan Prosüderlər Gildiyası" İctimai Birliyinin sədri Müşfiq Hətəmov və "Kino Sənayesinin İnkişafı Fondu" İctimai Birliyinin sədr müavini Azər Aydəmir iştirak ediblər.
Tədbirdə Azərbaycan kino sənayesindəki mövcud vəziyyət təhlil olunub, eyni zamanda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkilib. Paneldə həmçinin kinofestivalların ("Baku Cinema Breeze" - BCB) və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanları da müzakirə olunub.
Tədbirdə Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb, suallar cavablandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin