"X" sosial şəbəkəsinə kütləvi kiberhücum oldu

22:07 - 10 Mart 2025

"X" sosial şəbəkəsinə kütləvi kiberhücum olub.

 

Manset.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask açıqlama yayıb. 

""X"ə miqyaslı kiberhücum olub və hələ də davam edir. Bizə hər gün hücum edirlər, amma bu hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumda ya iri, koordinasiya edilmiş qrup, ya da bütöv bir ölkə iştirak edir. İzləyirik", - Mask qeyd edib.


Xəbər xətti

11 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin