Konqoda üsyançılar Nyabiondo şəhərini ələ keçirdilər

20:00 - 10 Mart 2025

Konqoda üsyançılar Nyabiondo şəhərini ələ keçirdilər

Konqo Demokratik Respublikasında (KDR) "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasının dəstələri Şimali Kivu əyalətində Nyabiondo şəhərini ələ keçiriblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Kivu news 24” xəbər portalı məlumat yayıb.

Konqonun şərqində Masisi rayonunda yerləşən Nyabiondo üsyançılara mədən sənayesinin inkişaf etdiyi Valikale rayonuna yol açır.

Üsyançılar bir neçə aydır rayonun inzibati mərkəzi olan Lubero şəhərini ələ keçirməyə çalışırlar. Şəhərin təslim olacağı halda M23 üçün əhalisinin sayına görə Şimali Kivunun ikinci şəhəri olan Butemboya hücuma başlamaq imkanı yaranacaq.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin