"Sumqayıt" "Kəpəz"ə qalib gəldi

19:35 - 10 Mart 2025

Futbol üzrə Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.

 

Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roy Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə adını tabloya yazdırıb.

25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur.

Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin