Sabah bu ərazidə qaz olmayacaq
10 Mart 2025
18:40 - 10 Mart 2025
“Doctor Who” və “Harry Potter” filmlərindəki rolları ilə tanınan aktyor Saymon Fişer-Beker vəfat edib.
Manset.az xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib.
Fişer-Bekerin ölümünü meneceri Kim Berri təsdiqləyib: “Təkcə əməkdaşlıq etdiyim şəxsi yox, həm də 15 illik yaxın dostumu itirdim. Saymon, həm də yazıçı və böyük natiq idi”.
Aktyor daha çox “Harri Potter və fəlsəfə daşı” filmindəki “Kök keşiş” obrazı ilə şöhrət qazanıb.
O, həmçinin BBC-nin məşhur komediya serialı olan “Puppy Love” filmində, eləcə də “One foot in the grave”, “The Bill” ”Love soup” və “Afterlife” kimi layihələrdə də yer alıb. 2012-ci ildə Oskar mükafatına layiq görülmüş “Les Misérables” filmində də oynayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin