Putin Sahibə Qafarovanı TƏLTİF ETDİ
10 Mart 2025
16:40 - 10 Mart 2025
"Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də sürücülərin tələskənliyidir".
Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev paylaşım edib.
O bildirib ki, işə gecikmək, təyinat yerinə tez çatmaq və ya sadəcə yol hərəkətində üstünlük qazanmaq üçün qaydaları pozmaq çox vaxt faciə ilə nəticələnir:
"Tələskənlik: Böyük risk, ağır nəticə!
Sürət həddini aşmaq - nəqliyyatın idarəetməsini çətinləşdirir və qəza riskini artırır.
Qırmızı işıqda keçmək - həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.
Zolaqları düzgün seçməmək və yol hərəkətini pozmaq - digər sürücüləri gözlənilməz manevrlərlə çaşdırır və qəza ehtimalını yüksəldir.
Unutma ki, sənin tələskənliyin başqalarının sonu ola bilər!"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin