Sabah bu ərazidə qaz olmayacaq
10 Mart 2025
14:15 - 10 Mart 2025
Bu gün Caliber.az informasiya-analitik portalının 4 yaşı tamam olur.
Manset.az xəbər verir ki, rus, ingilis və erməni dillərində fəaliyyət göstərən portal oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.
Caliber.az qısa müddətə həm Azərbaycanda, həm də xaricdə oxunaqlı, istinad edilən nüfuzlu sayta çevrilib.
Caliber.az-ın "Youtube" kanalının ümumi baxış sayı 120 milyona çatır və bu göstərici gündən-günə artır. Kanalın 339 min nəfərdən çox abunəçisi var. Son bir ildə isə abunəçilərin sayı 70 minə yaxın artıb. Telegram kanalı isə 64 min abunəçi sayına çatmaqla Azərbaycanın ən böyük rusdilli auditoriyasina sahibdir.
Manset.az kollektivi Caliber.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin