Şahzadə nadir xəstəlikdən vəfat etdi

13:35 - 10 Mart 2025

Şahzadə nadir xəstəlikdən vəfat etdi

Lüksemburq şahzadəsi 22 yaşında nadir genetik xəstəlikdən dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, Lüksemburq şahzadəsi martın 1-də Parisdə 22 yaşında vəfat edib. Ölüm səbəbi POLG genindəki mutasiyaların səbəb olduğu nadir mitoxondrial xəstəlik olub.

Bu barədə ailənin bu diaqnozu olan insanlara yardım göstərən POLG fondunun saytındakı bəyanatında deyilir.

Bildirilib ki, şahzadə Frederik bu xəstəliklə doğulub, lakin 14 yaşına qədər diaqnoz qoyulmayıb. Sonra simptomlar məlum olub və xəstəlik sürətlə irəliləməyə başlayıb. 

Ümumilikdə bu xəstəlik dünyada 300 milyon insanı əhatə edir. Müalicə üsulları yoxdur. Bədənin hüceyrələri enerjidən məhrum olur ki, bu da bir çox orqanların (beyin, sinir, qaraciyər, bağırsaq, əzələ, udma və göz funksiyaları və s.) işləməməsinə səbəb olur.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin