Nazpərinin sevgilisi olduğu deyilən məmurun arvadı onu döyüb? - VİDEO
10 Mart 2025
12:16 - 10 Mart 2025
Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində mülki əhalinin sayı bir gündə 830 nəfərdən 973 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Livanın “Əl Nahar" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların sayı açıqlanmır. Ölənlərin əksəriyyəti Ərəb Respublikası əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına aiddir.
Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib. Lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir. Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox silahlı öldürülüb. Suriyanın yeni hakimiyyətini dəstəkləyən silahlı qruplar 231 döyüşçünü itirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin