Sahil Babayev kadr islahatına başladı - Rektorun qardaşı işdən çıxarıldı
10 Mart 2025
11:58 - 10 Mart 2025
Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi "Kia Rio" markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib.
Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.
Faktla bağlı cinayət işi başlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin