Prezident bu dəyişikliyi təsdiqlədi
10 Mart 2025
10:02 - 10 Mart 2025
İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək üçün İranın nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çinlə məsləhətləşmələr aparır.
Manset.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"Hazırda biz Aİ-3 (Böyük Britaniya, Almaniya və Fransa), Rusiya və Çinlə ayrı-ayrılıqda bərabər əsasda və qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq olunan qeyri-qanuni sanksiyaların ləğvi müqabilində etimad yaratmaq və nüvə proqramımızla bağlı daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, danışıqların təhdid və diktatura ilə heç bir əlaqəsi yoxdur. Əraqçi əlavə edib ki, İranın nüvə proqramı hər zaman müstəsna olaraq sülh xarakterli olub və olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin