Nazpərinin sevgilisi olduğu deyilən məmurun arvadı onu döyüb? - VİDEO
10 Mart 2025
08:51 - 10 Mart 2025
Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi bu həftə Səudiyyə Ərəbistanında baş tuta bilər.
Manset.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Amerika administrasiyasının nümayəndələri yaxın günlərdə təkcə ukraynalılarla deyil, həm də Rusiya rəsmiləri ilə görüşlər keçirəcəklər. Danışıqlarda konkret kimin iştirak edəcəyi açıqlanmır.
ABŞ prezidenti Donald Tramp əvvəllər Səudiyyə Ərəbistanında müxtəlif danışıqların aparılacağını və bunun nəticəsində Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş gözlədiyini bildirib.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff martın 11-də Ciddədə Kiyev hakimiyyəti ilə görüşdə potensial atəşkəs və sülh sazişi üçün çərçivəni müzakirə etməyə ümid etdiyini bildirmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin