DİN vətəndaşlara müraciət etdi

16:43 - 9 Mart 2025

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

 

Manset.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin