Bu sənədi itirənlər 200 manat cərimələnəcək

16:50 - 9 Mart 2025

Bu sənədi itirənlər 200 manat cərimələnəcək

Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr artırılır.

 

Manset.az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya 200 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə əsasən, xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin