Bu ölkələr hərbi dəniz təlimi keçirəcək

15:20 - 9 Mart 2025

Bu ölkələr hərbi dəniz təlimi keçirəcək

Çin, İran və Rusiya donanmaları mart ayının ortalarında “Təhlükəsizlik Kəməri 2025” adlı birgə təlim keçirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Belə ki, İranın Çabahar limanı yaxınlığında keçiriləcək təlimdə dəniz hədəflərinin vurulması, müvəqqəti müşahidə və saxlanma, zərərə nəzarət və birgə axtarış-xilasetmə əməliyyatları kimi fəaliyyətlər yer alacaq.

Çin donanması “Baotou” esmines gəmisi və “Gaoyouhu” təchizat gəmisi ilə iştirakçı ölkələrin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı hərbi etimadı artırmaq və əməkdaşlığı genişləndirmək məqsədi daşıyan təlimdə iştirak edəcək.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin