İran ABŞ-dan hər hansı məktub gözləmir

15:08 - 9 Mart 2025

İran ABŞ-dan hər hansı məktub gözləmir

ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı bəyanatı yalnız aldadıcı bir cəhddir.

 

Manset.az xəbər verir ki, bunu bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf parlamentdə çıxışında bildirib.

Məhəmməd Baqer Qalibaf ABŞ-ın İranı tərksilah etməyə çalışdığını qeyd edib, Tehrandan yeni güzəşt üçün təhdidlər altında aparılacaq danışıqların sanksiyaların ləğvinə gətirib çıxarmayacağını, yalnız İranın alçaldılmasına yönələcəyini vurğulayıb: “Ona görə də ABŞ-dan hər hansı məktub gözləmirik”.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Xamenei isə dünən bəyan edib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin